Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı, 2 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı, 2 nəfər vəfat etdi Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daxili siyasət
13 İyun , 2020 18:53
Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı, 2 nəfər vəfat etdi

Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə ""Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.

Son xəbərlər

Orphus sistemi