Azərbaycan XİN: “Üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edirik”

Daxili siyasət
  • 09 noyabr, 2024
  • 04:16
Azərbaycan XİN: “Üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edirik”

Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“9 Noyabr - Dövlət Bayrağı Günündə, Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin rəmzi olan, Azərbaycan xalqını azadlıq və milli-mənəvi dəyərlər ətrafında möhkəm birləşdirən üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edirik. Bayraq Günümüz mübarək!”.

44 filmi