Azərbaycan terrorizm baxımından regionun ən təhlükəsiz ölkəsidir

Azərbaycan terrorizm baxımından regionun ən təhlükəsiz ölkəsidir Azərbaycan terrorizmin səviyyəsi çox aşağı olan ölkələr siyahısında yer alıb.
Daxili siyasət
20 Noyabr , 2019 16:00
Azərbaycan terrorizm baxımından regionun ən təhlükəsiz ölkəsidir
CNN

Azərbaycan terrorizmin səviyyəsi çox aşağı olan ölkələr siyahısında yer alıb.

"Report" London İqtisadiyyat və Sülh İnstitutunun hesabatına istinadən xəbər verir ki, reytinqdə Azərbaycan öncəki hesabatla müqayisədə mövqeyini 5 pillə yaxşılaşdıraraq 103-cü yeri tutub.

Qonşu ölkələrdən Türkiyə 16-cı (terrorizmin yüksək səviyyəsi), Rusiya 37-ci (terrorizmin orta səviyyəsi), İran 39-cu (terrorizmin orta səviyyəsi), Gürcüstan 90-cı (terrorizmin çox aşağı səviyyəsi), Ermənistan isə 94-cü (terrorizmin çox aşağı səviyyəsi) sırada yer alıb.

Terrorizm baxımından ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriyadır. 26 ölkə isə terror təhlükəsi olmayanlar qrupuna daxil edilib: Kosta Rika, Sloveniya, Toqo, Mavritaniya, Portuqaliya, Xorvatiya, Salvador, Esvatini, Monqolustan, Rumıniya, Benin, Ekvatorial Qvineya, Kamboca, Botsvana, Namibiya, Kuba, Türkmənistan, Mavriki, Timor-Leste, Sinqapur, Eritreya, Şimali Koreya, Qambiya, Oman, Qvineya-Bisau, Belarus.

Hesabatda qeyd olunur ki, ötən il dünyada terror qurbanlarının sayı 2017-ci illə müqayisədə 15,2% azalaraq, təqribən, 16 min nəfər olub, lakin terror hadisələrinin törədildiyi ölkələrin sayı artıb.

Hesabat müəllifləri qeyd edirlər ki, terrorçuların əlindən ölənlərin sayı artıq dördüncü ildir azalır. Bunun əsas səbəbləri kimi Suriya və İraqda İŞİD terrorçularına sarsıdıcı zərbə vurulması, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin Somalidəki "Əl-Şabab" radikal qruplaşmasının mövqelərinə zərbələr endirməsi göstərilir.

Hesabatda göstərilir ki, radikal "Taliban" yaraqlıları 2018-ci ildə dünyada ən çox insan öldürən terror təşkilatları siyahısında İŞİD-i geridə qoyub.

Göstərilir ki, 2018-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 33 milyard dollara başa gəlib və bu, bir il əvvələ nisbətən 38% azdır.

London İqtisadiyyat və Sülh İnstitutu iqtisadi baxımdan dövlətlərin həyatındakı qlobal tendensiyaları və şiddəti qiymətləndirmək üçün öz metodologiyasını hazırlamış analitik mərkəzdir. Araşdırmalar qlobal və dövlətdaxili göstəricilərin emalı yolu ilə aparılır. Mərkəz "Qlobal Terrorizm İndeksi" ilə yanaşı, hər il "Qlobal Sülh İndeksi" və digər hesabatlar da hazırlayır.

Son xəbərlər

Orphus sistemi