Yuxarı

Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamı ümumilikdə 87 nəfərə şamil olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb. “Report” xəbər verir ki, əfv sərəncamı ümumilikdə 87 nəfərə şamil olunub.

Sərəncam digər məhkumlarla yanaşı, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S. Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli, hüquqşünas Qurban Məmmədov, “Nida” Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi