Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Valeh Ələsgərovu təltif edib

    O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırılıb

    Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Valeh Ələsgərovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənədə əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    Qeyd edək ki, V.Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. 2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Bundan əlavə, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci il dekabrın 2-dən Milli Məclis sədrinin müavinidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi