Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başlayıb
Daxili siyasət
- 08 oktyabr, 2023
- 07:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərə gəlib.
“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşıladılar.
Son xəbərlər
09:10
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
İKT
09:07
Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb
Futbol
09:03
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Futbol
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.10.2026)
Maliyyə
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.10.2026)
Maliyyə
08:57
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb
Digər ölkələr
08:33
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:23
ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib
Digər ölkələr
08:11
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur