Azərbaycan Ordusunun şəxsi heyəti Prezident seçkiləri səsverməsində iştirak edir - VİDEO

Azərbaycan Ordusunun şəxsi heyəti Prezident seçkiləri səsverməsində iştirak edir - VİDEO Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti seçkilərinin səsverməsində Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində aprelin 11-də səhər saatlarından səsvermə prosesi başlayıb.
Daxili siyasət
11 Aprel , 2018 17:27
Azərbaycan Ordusunun şəxsi heyəti Prezident seçkiləri səsverməsində iştirak edir - VİDEO
Mod.gov.az

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti seçkilərinin səsverməsində Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində aprelin 11-də səhər saatlarından səsvermə prosesi başlayıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

"Seçkilərin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrin ərazilərində fəaliyyət göstərən məntəqələrdə zəruri tədbirlər görülüb, qanunvericilik və seçki məcəlləsinin tələbləri tam yerinə yetirilib. Çətin dağlıq ərazilərdə düşmənlə təmas xəttində yerləşən bölmələrdə döyüş növbəsində olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunur, - deyə Nazirliyin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi