Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı Bu ilin yanvar ayında əhalinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10 122 148 nəfərə çatıb
Daxili siyasət
16 Mart , 2021 12:45
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin yanvar ayında əhalinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10 122 148 nəfərə çatıb.

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.

Son xəbərlər

Orphus sistemi