Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilib

Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilib Bununla bağlı Azərbaycan Prezidenti sərəncam imzalayıb
Daxili siyasət
26 Fevral , 2015 16:20
Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi