Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransı keçirilir

Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransı keçirilir Konfransda Sədarətin, Katibliyin, Mandat Komissiyasının say tərkibi müəyyən olunaraq təsdiq edilib
Daxili siyasət
21 Fevral , 2015 10:45
Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransı keçirilir

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı başlayıb. “Report”un məlumatına görə, tədbiri açıq elan edə hərəkatın təşkilat komitəsinin sədri Qubad İbadoğlu deyib ki, hərəkatın hədəfi Azərbaycanda hüquqi dövlət, açıq cəmiyyət, liberal iqtisadiyyat və firavan həyat qurulmasına yardım etməkdir. O bildirib ki, ADR-in məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını, yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.

Konfransda Sədarətin, Katibliyin, Mandat Komissiyasının say tərkibi müəyyən olunaraq təsdiq edilib.
Daha sonra isə konfransın gündəliyi təsdiq olunub.

Təsis konfransına qədər görülən işlərə dair Təşkilat Komitəsi adından Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib.

E.Məmmədli deyib ki, təşkilatlanma dövründə 31 rayonda Təşəbbüs Qrupu yaradılıb: “Sıralarımız getdikcə genişlənir. Bir neçə gün öncə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Salyan Rayon Təşkilatının tam tərkibdə ADR-ə üzv olub. Bu hərəkatda təkcə partiya mənsubiyyəti olanlar deyil, bitərəflər də bizə qoşulur”.

Son xəbərlər

Orphus sistemi