Azərbaycan alimləri prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

Azərbaycan alimləri prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər AMEA-da prezident seçkiləri ilə bağlı toplantı keçirilib
Daxili siyasət
14 Fevral , 2018 13:39
Azərbaycan alimləri prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatı səsləndirilib.

Bəyanatda vurğulanıb ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkənin gələcək inkişafının, milli ziyalılığın və elmin daha böyük nailiyyət qazanmasının ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanırlar. Bildirilib ki, Azərbaycanın elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.

Son xəbərlər

Orphus sistemi