"Azadlıq-2015"in Seçki Qərargahına sədr seçilib

"Azadlıq-2015"in Seçki Qərargahına sədr seçilib Blokun Siyasi Şurasının iclası keçirilib
Daxili siyasət
18 Fevral , 2015 17:47
Azadlıq-2015in Seçki Qərargahına sədr seçilib

Bakı. 18 fevral. REPORT.AZ/ "Azadlıq-2015" Seçki Bloku Siyasi Şurasının iclası keçirilib.

Blokdan "Report"a verilən məlumata görə, iclasda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP), Azadlıq Partiyasının, Azad Demokratlar Partiyasının (AzDP), Aydınlar Partiyasının, Böyük Azərbaycan Partiyasının (BAP), Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) və Azərbaycan Xalq Partiyasının (AXP) sədri iştirak edib.

Toplantıda Prezident Administrasiyası (PA) və siyasi partiyalar arasında keçirilən görüş, görüş ətrafında yaranmış vəziyyət müzakirə edilib. Proses ümumən pozitiv dəyərləndirilib. Toplantıda PA və siyasi partiyalarla növbəti görüşün əsas tematikasının seçki islahatına həsr edilməsi təklifinin rəsmiləşdirilməsi və təklifin təşkilatçılara göndərilməsi barədə qərar qəbul edilib.

Sonra blokun Seçki Qərargahının tərkibi təsdiq olunub. KXCP Ali Məclisinin sədri Bəybala Əbil Qərargahın sədri seçilib.

İctimai-siyasi vəziyyətə dair və 2015-ci il Milli Məclisə seçkilərə hazırlıqla bağlı digər məsələlər müzakirə edilib və müvafiq qərarlar verilib.

Son xəbərlər

Orphus sistemi