Azadlığa buraxılan məhkum Azərbaycan Prezidentinə təşəkkür edib

Azadlığa buraxılan məhkum Azərbaycan Prezidentinə təşəkkür edib Azadlığa buraxılan məhkum prezidentə təşəkkür edib.
Daxili siyasət
26 May , 2024 11:15
Azadlığa buraxılan məhkum Azərbaycan Prezidentinə təşəkkür edib

Azadlığa buraxılan məhkum prezidentə təşəkkür edib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş məhkum Gülüş Fətəliyeva jurnalistlərə müsahibəsi zamanı bildirib ki, adının əfv sərəncamına düşməsi onun üçün gözlənilməz olub.

O bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmuşdu:

“Ümumilikdə doqquz il həbs cəzasına məhkum edilmişdim. Cəzamın altı ilini çəkdim, üç ilini isə bağışlandım. Məni əfv etdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Bu mənim üçün gözlənilməz oldu”.

Son xəbərlər

Orphus sistemi