Azad edilən ərazilərin bərpası ilə bağlı ümumi planın hazırlanması başa çatmaq üzrədir

Azad edilən ərazilərin bərpası ilə bağlı ümumi planın hazırlanması başa çatmaq üzrədir "Azərbaycanın işğaldan azad edilən ərazilərində yenidənqurma və bərpa işləri ilə bağlı ümumi plan hazırlanır və başa çatmaq üzrədir".
Daxili siyasət
24 Noyabr , 2021 17:13
Azad edilən ərazilərin bərpası ilə bağlı ümumi planın hazırlanması başa çatmaq üzrədir

"Azərbaycanın işğaldan azad edilən ərazilərində yenidənqurma və bərpa işləri ilə bağlı ümumi plan hazırlanır və başa çatmaq üzrədir".

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın baş planı hazırlanıb: "Zəngilan, Kəlbəcər, Qubadlı və sonrakı mərhələdə Laçın rayonları geniş şəkildə layihələndiriləcək. Bu işlər Komitə tərəfindən sistemli şəkildə aparılır".

Son xəbərlər

Orphus sistemi