Yuxarı

Azərbaycan Prezidentinin mətbuat xidməti Milli Arxiv İdarəsinə yeni sənədlər təqdim edib

Hazırda kinosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 saxlama vahidi kino (video) sənəd daxil olub. Bu barədə “Report”a Azərbaycan Milli Arxiv İdarəsindən bildirilib.

2013-2014-cü illəri əhatə edən kino sənədlər dövlətin beynəlxalq əlaqələrini, regional layihələrin müzakirəsini və icrasını, enerji və humanitar təhlükəsizliyə həsr olunmuş tədbirləri, Türkiyə, Azərbaycan və Gürcüstan arasında keçirilən zirvə görüşünü, üç ölkənin birgə reallaşdırdığı layihələri, “ASAN Xidmət” mərkəzlərinin açılışını, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin Madrid klubunun dəstəyi ilə Bakıda keçirdiyi Beynəlxalq forumu, həmin forumda dövlət başçısı İlham Əliyevin çıxışını, Arpaçay I və II su elektrik stansiyalarının açılışını, Heydər Əliyev Fondunun 10 illiyinə və Ulu Öndərin 91 illiyinə həsr olunmuş tədbirləri əks etdirir.

Hazırda kinosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir kinosənədin müfəssəl elmi-məlumat bazası hazırlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi