Aydın Mirzəzadə Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb
- 10 iyun, 2020
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu gün Tacikistan Respublikasının Azərbaycandakı səfirliyində Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüm olub".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, görüşdə Azərbaycan-Tacikistan parlament əlaqələri və hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib: "Tacikistan səfiri koronavirus panbdemiyası ilə mübarizədə Azərbaycanın Tacikistana etdiyi böyük yardıma görə təşəkkür edib, Azərbaycan Prezidentinin cənab İlham Əliyevin qardaş Tacikistana dostluq münasibətin ölkəsində yüksək qiymətləndirildiyini bildirib. Məlumat üçün bildirim ki, mən Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm".