Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün
Bu barədə "Report"a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. O bildirib ki, qurultayla bağlı sənədlər Azərbaycan qanunvericiliyinə və partiya Nizamnaməsinə uyğun hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub.
Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir. AXCP-nin sentyabrın 27-də keçirilən qurultayında Əli Kərimli açıq səsvermə ilə yenidən sədr seçilib. Sədrliyə alternativ namizəd - partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli isə səsvermənin gizli keçirilmədiyini əsas gətirərək namizədliyini geri götürüb.