ATƏT DTİHB-nin Azərbaycanda Prezident seçkiləri üzrə müşahidə missiyasının aralıq hesabatı açıqlanıb

ATƏT DTİHB-nin Azərbaycanda Prezident seçkiləri üzrə müşahidə missiyasının aralıq hesabatı açıqlanıb Bakı. 29 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı açıqlanıb.
Daxili siyasət
29 Mart , 2018 17:19
ATƏT DTİHB-nin Azərbaycanda Prezident seçkiləri üzrə müşahidə missiyasının aralıq hesabatı açıqlanıb

Bakı. 29 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı açıqlanıb.

"Report" xəbər verir ki, hesabat ATƏT-in rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, missiyaya Hollandiyadan olan Korien Yonker (Corien Jonker) başçılıq edir. Uzunmüddətli missiya 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyət və martın 15-dən etibarən ölkənin regionlarına göndəriləcək 20 uzunmüddətli müşahidəçidən ibarətdir.

Prezident seçkilərini izləmək üçün DTHİB Azərbaycana əlavə olaraq 280 qısamüddətli müşahidəçi göndərəcək. Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkəni təmsil edirlər.

Aprelin 12-də ATƏT DTİHB missiyası mətbuat konfransında seçkiləri müşahidənin ilkin nəticələrini açıqlayacaq. Sonrakı iki ay ərzində isə yekun hesabat dərc olunacaq.

Son xəbərlər

Orphus sistemi