"ASAN xidmət"in əməkdaşı hakim təyin edildi

"ASAN xidmət"in əməkdaşı hakim təyin edildi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin Daxili hüquqi tənzimləmə sektorunun baş məsləhətçisi Orxan Xaqani oğlu Həsənov vəzifəsindən çıxarılıb.
Daxili siyasət
10 Fevral , 2021 13:44
ASAN xidmətin əməkdaşı hakim təyin edildi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin Daxili hüquqi tənzimləmə sektorunun baş məsləhətçisi Orxan Xaqani oğlu Həsənov işdən çıxıb.

"Report" xəbər verir ki, onun işdən çıxması Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi ilə əlaqədardır.

Xatırladaq ki, O.Həsənov Azərbaycan Prezidentinin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Son xəbərlər

Orphus sistemi