"ASAN xidmət"in Aparat rəhbəri işdən çıxarıldı
Daxili siyasət
- 15 sentyabr, 2020
- 06:55
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli vəzifəsindən azad olunub.
"Report"un xəbərinə görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əmr imzalayıb.
A.Cəfərli Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.
Bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb. Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə olunub.
Qeyd edək ki, A.Cəfərli 2016-cı ildən Aparat rəhbəri vəzifəsində çalışırdı. 2012-2016-cı illərdə isə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olub.
Son xəbərlər
00:32
Bakı metrosunda qatarda texniki nasazlıq qeydə alınıb
Hadisə00:20
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
İnfrastruktur00:14
Rubio AK-nın "X"i cərimələməsini Amerika xalqına qarşı hücum adlandırıb
Digər ölkələr23:53
Video
"Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət23:44
Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib
Digər ölkələr23:37
Belarus nüvə enerjisi istehsalını genişləndirir
Digər ölkələr23:15
UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" 1/8 final mərhələsinin cavab matçında da məğlub olub
Futbol23:07
Foto
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Futbol23:01