“ASAN xidmət”də çalışan digər dövlət orqanlarının əməkdaşları ilə bağlı yeni tələb müəyyənləşib

“ASAN xidmət”də çalışan digər dövlət orqanlarının əməkdaşları ilə bağlı yeni tələb müəyyənləşib Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) çalışan digər dövlət orqanlarının əməkdaşları ilə bağlı yeni tələb müəyyən edilib.
Daxili siyasət
26 Noyabr , 2018 10:18
“ASAN xidmət”də çalışan digər dövlət orqanlarının əməkdaşları ilə bağlı yeni tələb müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) çalışan digər dövlət orqanlarının əməkdaşları ilə bağlı yeni tələb müəyyən edilib.

“Report” xəbər verir ki, bununla bağlı “ASAN xidmət” mərkəzlərində fəaliyyətin tənzimlənməsi və davranış Qaydaları”nda dəyişiklik olunub.

Sənədi agentliyin sədri Ülvi Mehdiyev imzalayıb.

İndiyədək Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının əməkdaşlarına əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilmirdi.

Dəyişikliklə bu müddəada konkretləşdirmə aparılıb, yeni tələb müəyyən edilib. Belə ki, “ASAN xidmət” mərkəzlərində çalışan digər dövlət orqanlarının əməkdaşları məzuniyyətə çıxmasını Agentliyin direktoru ilə razılaşdırmalıdır. Direktorla razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının əməkdaşlarına əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyəcək.

Bundan başqa, Dövlət Agentliyinin aparatı və “ASAN xidmət” mərkəzləri üzrə hər ay formalaşan xüsusi vəsaitdən 5%-dək məbləğ işçilərə qanunvericilikdə nəzərdə tutulan fərdi mükafatların ödənilməsi üçün ayrılırdısa, dəyişikliklə bu vəsaitdən maddi yardımın ödənilməsi üçün də istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi