“ASAN xidmət”də aşkarlanan nöqsanların statistikası açıqlanıb

“ASAN xidmət”də aşkarlanan nöqsanların statistikası açıqlanıb Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində xidmətin təşkili və davranış qaydalarına əməl edilməməsi (iş vaxtı rejiminə əməl edilməməsi, xidmət zamanı telefonla danışma, geyim qaydalarını pozma və s), xidmətin keyfiyyəti (operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl etməmə, qanunu tələblərin yerinə yetirilməməsi) və normativ hüquqi aktların tələblərinə riayət olunmaması (əlavə sənəd tələb etmə, xidmət barədə tam, dolğun məlumat verməmə və s) ilə bağlı nöqsan hallarlının qeydiyyatı aparılıb.
Daxili siyasət
22 May , 2020 11:56
“ASAN xidmət”də aşkarlanan nöqsanların statistikası açıqlanıb
Report
0 : 00
0 : 00

Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində xidmətin təşkili və davranış qaydalarına əməl edilməməsi (iş vaxtı rejiminə əməl edilməməsi, xidmət zamanı telefonla danışma, geyim qaydalarını pozma və s), xidmətin keyfiyyəti (operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl etməmə, qanunu tələblərin yerinə yetirilməməsi) və normativ hüquqi aktların tələblərinə riayət olunmaması (əlavə sənəd tələb etmə, xidmət barədə tam, dolğun məlumat verməmə və s) ilə bağlı nöqsan hallarlının qeydiyyatı aparılıb.

“Report”un əldə etdiyi məlumata görə, ümumilikdə, 2019-cu il ərzində 16 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində 8 602 nöqsan halı qeydə alınıb.

Qeyd edilən nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri məlumatlandırılıb, onlara xəbərdarlıq edilib, bununla əlaqədar bir çox əməkdaş əlavə təlimlərə cəlb olunub.

Hesabat dövrü ərzində mərkəzlərdə orqan əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun 5 650 şifahi xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 65,68 faizi), 1 991 yazılı xəbərdarlıq (ümumi qeyd olunmçuş nöqsan hallarının 23,15 faizi), 961 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 11,17 faizi) tərtib olunub.

Son xəbərlər

Orphus sistemi