Arif Hacılı Qubad İbadoğlunu ittiham edib

Arif Hacılı Qubad İbadoğlunu ittiham edib Müsavat başqanı: "Bəs, onlar niyə ölkədə baş verənlərə münasibət bildirmirlər?"
Daxili siyasət
4 İyul , 2015 14:03
Arif Hacılı Qubad İbadoğlunu ittiham edib

Bakı. 4 iyul. REPORT.AZ/ “Müsavat Partiyası hisslərlə, duyğularla deyil, Nizamnamə ilə idarə olunur. Ona görə partiyadan kənarlaşdırılan və ya özü çıxmış hər bir şəxs təşkilata bərpa olunmaq üçün qaydalara uyğun olaraq, müraciət edə və bu məsələ ilə bağlı müzakirə aparılıb qərar verilə bilər”.

“Report”un məlumatına görə, bunu Müsavat başqanı Arif Hacılı partiya Məclisinin iyunun 4-də keçirilən  sessiyasında deyib.

O bildirib ki, VIII qurultaydan sonra Müsavat Partiyasına qarşı anti-təbliğat kampaniyası aparılıb: “Bu normal haldır. Çünki partiyada hansı istiqamət güclüdürsə, oraya hücum edirlər. Bilirsiz ki, Müsavat Partiyasının digər təşkilatlardan fərqli olaraq, diaspor işi kifayət qədər güclüdür. Bir müddət öncə partiyaya qarşı hücumları gördünüz, böyük kampaniya başlamışdılar. Bütün bunları nəzərə alıb, biz daha da güclənməliyik”.

A.Hacılı qurultaydan sonra partiyadakı narazı kəsimin ittihamlarına da cavab verib: “Partiyadan narazı olanlar iddia edirdilər ki, ən intellektual, aktiv kəsim onlarla birgədir. Deyirdilər, intellektual mübarizənin tərəfdarıdırlar. Bəs niyə ölkədə baş verənlərə münasibət bildirmirlər? İntellektuallıq hanı, bəs?"

O, başqanlığa keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunu nəzərdə tutaraq deyib: "O, 10 il idi ki, İqtisadiyyat Komissiyasının sədri idi. Faktiki olaraq, həmin komissiya fəaliyyət göstərmirdi. Hər kəs işini sona qədər görməlidir. Müsavat Partiyasına çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz. Bu, gələcəkdə qiymətləndiriləcək”.

Son xəbərlər

Orphus sistemi