Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib, nazirin vəzifələrinin icrası ona tapşırılıb

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib, nazirin vəzifələrinin icrası ona tapşırılıb Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
Daxili siyasət
20 İyul , 2020 16:20
Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib, nazirin vəzifələrinin icrası ona tapşırılıb
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət nazirinin birinci müavinin təyin edilməsi barədə sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilib.

Prezident İlham Əliyev A.Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb. 

Bundan başqa, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də  dəyişikliklər edilib. Dövlət başçısının fərmanı ilə edilən dəyişikliyə əsasən, Mədəniyyət nazirinin birinci müavinlərinin sayı 2-yə çatdırılıb. 

 Anar Kərimov
Anar Kərimov

Son xəbərlər

Orphus sistemi