Abşeron Milli Parkında "Zəfər günlərimin şahidi-Bayraq" şüarı altında Zəfər Günü və Bayraq Günü qeyd olunub.
"Report" xəbər verir ki, Binəqədi rayonu 244 nömrəli məktəbin şagirdləri Zəfərimizin şərəfinə əllərində bayraqlarla Şahdiliyə yürüş ediblər. Şəhidlərin xatirəsi anılıb, himn oxunub, vətənpərvərlik şeirləri söylənilib.
"Zəfər günlərimin şahidi-Bayraq" aksiyası Şahdili burnunda fləşmobla başa çatıb.