Yuxarı

ABŞ səfiri Bakı yollarında velosiped sürüb

“Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Velosipedlər” klubu ABŞ səfirliyi ilə birgə veloyürüş təşkil edib

Bakı. 19 iyul. REPORT.AZ/ “Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Velosipedlər” klubu ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə “Qlobal düşün, lokal fəaliyyət göstər” adlı veloyürüş təşkil edib. 

"Report"un Amerikanın səsinə istinadən verdiyi məlumata görə, veloyürüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da daxil olmaqla 50-yə yaxın insan iştirak edib.

Bakının Dəniz Vağzalından start götürərək Fəhlə prospekti istiqamətində 13 kilometr məsafəni qət edən yürüşçülərin məqsədi ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək, ekoloji maarifləndirmənin artırılması, cəmiyyəti ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır.

ABŞ-ın Azərbaycandakı səfiri deyib ki, bu tədbir Azərbaycan və Amerika xalqları arasında ümumi olan bir xüsusiyyəti göstərir.

“Həm azərbayacnalılar, həm amerikalar təbitəin qoynuna qovuşmaq, təbiətdə istirahət etmək, eyni zamanda ətraf mühitin qorunması sahəsində səylərini birləşdirir”.

Səfir bir məqammı da hallandırıb. “Bizim dövlətlərimizi bir növ birləşdirən bir məqam məhz ondan ibarətdir ki, ABŞ-ın birinci xanımı Mişel Obama həqiqətən idmana çox böyük maraq göstərən bir şəxsdir. Hər bir zaman təkidlə deyir ki, insanlar hərəkət etməldir, insanlar idmanla məşğul olmalıdır. Buna bir növ paralel olaraq biz hamımız onun müşahidəçisi olduq ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva da məhz Avropa Oyunlarının həyata keçirilməsində həqiqətən müstəsna rol oynadı və idmanın inkişafı sahəsində öz töhfələrini verir”, - Robert Sekuta qeyd edib.

“Təbiət Dostları” Gənclər İctimai Birliyi 2008-ci ildə bir qrup fəal gənc tərəfindən yaradılıb, 2013-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. Birlik 7 ildir ki, ölkəmizdə ekoloji layihələr həyata keçirməklə, vəhşi heyvanları və bitkiləri qorumaqla insanlara ekosistemin bir hissəsi olmalarını aşılamaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi