53 saylı Quba-Qusar seçki dairəsində yaşı 100-dən çox olan 3 seçici var
- 23 dekabr, 2019
- 07:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Quba və Qusar rayonlarında bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə davam edir.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 53 saylı Quba-Qusar seçki dairəsi iki rayonu əhatə edir.
53 saylı Dairə Seçki Komissiyanın sədri Rahim Qarayev bildirib ki, sözügedən seçki dairəsinin 76 seçki məntəqəsi var.
O deyib ki, 19 bələdiyyə üzrə 183 yer uğrunda 527 nəfər namizəd mübarizə aparır: "Ümumilikdə 53 saylı Quba-Qusar seçki dairəsində 48624 nəfər seçici qeydiyyatdadır. Onlardan 741 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Yaşı 100-dən yuxarı olan 3 seçici var. Bütün məntəqələr lazımi avadanlıqlarla təmin olunub, 10 məntəqədə vebkameralar quraşdırılıb. 19 bələdiyyənin 4-ü Qusar rayonu ərazisində yerləşir. Seçki prosesində hazırda qeyri-qanuni hərəkətlər qeydə alınmayıb".