45 saylı Abşeron seçki dairəsinin 24 saylı məntəqəsində səsvermə davam edir

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 04:41
45 saylı Abşeron seçki dairəsinin 24 saylı məntəqəsində səsvermə davam edir
Report

Bələdiyyə seçkiləri ilə əlaqədar 45 saylı Abşeron seçki dairəsinin 24 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.

“Report”un xəbərinə görə, məntəqənin seçici siyahısında 1497 nəfərin adı var.

Seçki məntəqəsində səsvermə başlayandan 15 dəqiqə vaxt ərzində, təqribən, 11 nəfər səs verib.

Seçki prosesini yerli müşahidəçilər izləyirlər.

Məntəqə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbin binasında yerləşir.