Yuxarı
    Bağlamaq

    Ziyafət Əsgərov: "Azərbaycanın çağırışlarına baxmayaraq, münaqişə ilə bağlı hələ də lazımi addımlar atılmır"

    Biz ədalətli qərarların qəbul olunmasını istəyirik© Report/Firi Salim

    Bakı. 9 iyun. REPORT.AZ/ "Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlara çağırış edərək ədalətli qərarların qəbul olunmasını istəyir. Lakin hələ də lazımi addımlar atılmır".

    "Report" xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, araşdırmalar beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsinin universal xarakter daşıdığını göstərir: "Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi