​Z.Maraqvelidze: "Regionda baş verənlərə görə ermənilər cavabdehdirlər"

​Z.Maraqvelidze: "Regionda baş verənlərə görə ermənilər cavabdehdirlər" "Ermənistan qoşunları işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar"
Qarabağ
11 Aprel , 2016 09:39
​Z.Maraqvelidze: Regionda baş verənlərə görə ermənilər cavabdehdirlər

Tbilisi. 11 aprel. REPORT. AZ/ Dağlıq Qarabağda ermənilərin atəşkəs rejimini pozması nəticəsində hərbçilərin və mülki şəxslərin həlak olması bütün sülhsevər insanlar kimi Gürcüstan ictimaiyyətini də ciddi narahat edir, gürcü qadınların ürəyini ağrıdır”.

Bunu "Report"a müsahibəsində Gürcüstanın 9 Aprel Fondunun üzvü Zeynəb Maraqvelidze söyləyib.

Z.Maraqvelidze deyib: “Gürcüstanın torpaqları da işğala məruz qalıb. Ona görə də azərbaycanlıları yaxşı başa düşürük və bütün sülhsevər insanlar kimi, regionumuzda sülhün, əmin-amanlığın tərəfindəyik, zorakılığı qətiyyətlə pisləyirik. Bilmirəm ermənilər niyə bu regionda zorakılığa meyil edirlər. Onlar Azərbaycan torpaqlarında yaxşı yaşayırdılar. Amma onlar nə etdilər? Azərbaycanın ərazilərini işğal ediblər, nahaq qanlar tökülür. Regionda baş verən hadisələrə görə, ermənilər cavabdehdirlər. Ermənistan qoşunları işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar. Bölgədə sülh hamımız üçün vacibdir”.

Z.Maraqvelidze bildirib ki, Prezident İlham Əliyev torpaqları işğala məruz qalmış bir ölkənin rəhbəri kimi regionda sülhün, təhlükəsizliyin təmin olunmasına çalışır: “O, çıxışında dedi ki, biz istəmirik ki, nə erməni, nə də azərbaycanlı anaların gözü yaşlı olsun. Bu sözlər böyük sülhə çağırışdır. Amma təəssüf ki, Ermənistan tərəfi bunu başa düşmür. Biz Azərbaycanın haqlı mövqeyini müdafiə edirik və inanıram ki, bütün gürcü anaları mənimlə həmrəydirlər”.

Son xəbərlər

Orphus sistemi