Yuxarı

Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib

Müraciət Seymin internet saytında yerləşdirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə Azərbaycan dövlətinə və millətinə dərin başsağlığı bildirilərək, bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınadıqlarını qeyd ediblər. Litva Respublikası tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıldığı vurğulanıb.

Qeyd edək ki, müraciətə imza atmış deputatlardan 26 nəfəri Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərdən əksəriyyətinin müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir.

Müraciət Seymin internet saytında yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi