Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib

Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib Müraciət Seymin internet saytında yerləşdirilib
Qarabağ
24 Fevral , 2015 11:46
Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə Azərbaycan dövlətinə və millətinə dərin başsağlığı bildirilərək, bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınadıqlarını qeyd ediblər. Litva Respublikası tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıldığı vurğulanıb.

Qeyd edək ki, müraciətə imza atmış deputatlardan 26 nəfəri Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərdən əksəriyyətinin müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir.

Müraciət Seymin internet saytında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi