Yuxarı

Xocalı faciəsinin qurbanları Dubay və Şimal Əmirliklərində anılıb

İngilis dilində “Xocalı faciəsi” adlı film nümayiş olunub

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğu Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirib.

“Report” xəbər verir ki, Xocalı faciəsi zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə çıxışı zamanı Xocalı soyqırımının Azərbaycan və ümumiyyətlə bəşər tarixində ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərini yerlə-yeksan etməsini, 613 sakinin qətlə yetirməsini, gühansız insanlara, hətta qadınlara, uşaqlara və yaşlılara belə rəhm edilmədiyini diqqətə çatdırıb.

Daha sonra Türkiyənin Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Ərdəm Ozan çıxış edərək, qardaş ölkəyə qarşı törədilmiş bu hadisələrə görə dərin təəssüf hissi keçirdiyini bildirib.

Çıxışın ardından, Azərbaycan icmaları və xarici ölkələrin mətbuat nümayəndələri üçün xüsusi hazırlanmış ingilis dilində “Xocalı faciəsi” adlı film nümayiş olunub.

Sözügedən tədbirdə MDB ölkələrinin Baş konsulları, ARDNŞ, Azərbaycan Hava Yolları, Azərbaycan Beynəlxalq Bankı və diasporun Dubay şəhərindəki nümayəndələri, Dubay rəsmiləri və Skaylayn (Skyline) Universitetinin əməkdaşları, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

Əcnəbi vətəndaşların daha da dərindən məlumat əldə etmələri məqsədilə, faciə ilə bağlı kitab və broşurlardan ibarət kiçik stend və foto-slayd qurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi