XİN: Bir qrup əcnəbi həkimin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb

XİN: Bir qrup əcnəbi həkimin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Bir qrup həkimin Azərbaycanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.
Qarabağ
24 Sentyabr , 2018 18:41
XİN: Bir qrup əcnəbi həkimin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bir qrup həkimin Azərbaycanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.     

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  

"Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - Nazirlikdən vurğulanıb.

Son xəbərlər

Orphus sistemi