Yuxarı
    Bağlamaq

    XİN başçısı: "Latviya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir"

    Tərəflər arasında etimad tədbirlərinin gələcəkdə daha da gücləndirilməsi üzrə görülən işləri davam etdirmək vacibdir

    Bakı. 8 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik".

    "Report" xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqar Rınkeviç ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

    "Tərəflər arasında etimad tədbirlərinin həyata keçirilməsi və gələcəkdə daha da gücləndirilməsi üzrə görülən işləri davam etdirmək vacibdir" - E.Rınkeviç bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi