Yuxarı
    Bağlamaq

    XİN başçısı: "Azərbaycan substantiv danışıqlar aparılmasını istəyir"

    Dağlıq Qarabağ münaqişəsində status-kvonu dəyişməyin vaxtı çatıb© Report — Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

    Bakı. 12 iyun. REPORT.AZ/ "Status-kvonu dəyişməyin vaxtı çatıb. Status-kvonun davam edəcəyi təqdirdə bunun bütün region üçün nə ilə nəticələnəcəyini hamı bilir".

    "Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikser ilə görüşdən sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən deyib.

    "Azərbaycanın mövqeyi olduğu kimi qalır. Biz substantiv danışıqlar aparılmasını istəyirik", - Azərbaycan XİN başçısı bildirib.

    O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunun 19-da Bakıya səfər edəcəklərini, Azərbaycan prezidenti və XİN başçısı ilə görüşlər keçirəcəklərini, bugünlərdə isə Yerevanda olduqlarını xatırladıb.

    Onun sözlərinə görə, həmsədrlərin Ermənistana səfərdən sonra Bakıya hansı mesaj ilə gələcəyini nəzərə almaq lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi