Yuxarı
    Bağlamaq

    XİN: "4 Türkiyə vətəndaşının Qarabağa qanunsuz səfəri Ankaranın rəsmi mövqeyini əks etdirmir"

    Türkiyə Dağlıq Qarabağ münaqişəsində dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək

    Bakı. 30 sentyabr. REPORT.AZ/ "Dörd Türkiyə vətəndaşının son vaxtlar işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib".

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü səfir Hüseyn Müftüoğlu deyib.

    "Son vaxtlar dörd Türkiyə vətəndaşının işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib. Bu, heç bir halda Türkiyənin rəsmi siyasətini əks etdirmir və Türkiyə, haqlı məsələdə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək", - deyə o bildirib.

    Müftüoğlu qeyd edib ki, Türkiyə, Azərbaycan torpaqlarının təxminən beşdə biri üzərində davam edən işğalın sona çatdırılması üçün 25 ildir ki, azərbaycanlı qardaşları ilə yaxın həmrəylik içərisində hərəkət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi