Yuxarı
    Bağlamaq

    Uorlik: Prezidentlər sülhün vaxtının çatdığını bildiriblər

    ATƏT-in MQ həmsədri Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilən görüşünü şərh edib

    Bakı. 3 noyabr. REPORT.AZ/ "Prezidentlər hər dəfə görüşmək imkanı əldə etdikləri zaman öz mövqelərinə aydınlıq gətirə və Parisdə olduğu kimi, əsas məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldıra bilərlər". Bunu "Report"a ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin oktyabr ayının 27-də Parisdə keçirilən görüşünü şərh edərkən bildirib.  

    "Mən şadam ki, hər iki prezident münaqişəni sülh yolu ilə həll etmək istəyir. Onlar açıq şəkildə bildiriblər ki, sülhün əldə olunmasının vaxtı çatıb, azərbaycanlılar və ermənilər arasında düşmənçilik əməkdaşlıqla əvəz olunmalıdır" - deyə, həmsədr qeyd edib. O vurğulayıb ki, prezidentlərin görüşü təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşməsinə səbəb olur. 

    "Fransa prezidenti Fransua Olland böyük sülh müqaviləsinin tərtib edilməsinə başlamağı təklif edib. Mən ümidvaram ki, tərəflər bu addıma ciddi yanaşacaqlar. O, həmçinin sülhün əldə olunması üçün zəmin yaradacaq qarşılıqlı etimadın (inamın) gücləndirilməsi ilə bağlı tədbir görməyi təklif edib" - deyə, Uorlik vurğulayıb.

    Amerikalı həmsədr münaqişə tərəflərini etimadın gücləndirilməsini təmin edəcək tədbirləri görməyə çağırıb. O, prezidentlərin BQXK-nın dəstəyi ilə münaqişə nəticəsində itkin düşən şəxslər haqqında məlumat mübadiləsi haqqında razılıqlarını alqışlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi