Yuxarı
    Bağlamaq

    Ukrayna XİN başçısı: "ATƏT məkanında münaqişələrin həlli üçün əlavə səylər göstərilməlidir"

    Onların həllində ölkələrin suverenliyi və ərazi bütövlüyünə riayət edilməlidir
    © AP Photo/ Sergei Chuzavkov

    Bakı. 7 dekabr. REPORT.AZ/ "ATƏT məkanında həll olunmamış münaqişələr ciddi təhlükəsizlik təhdidləri yaratmağa davam edir".

    "Report" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının illik iclasında çıxışı zamanı deyib.

    "Ukrayna, Gürcüstan, Azərbaycan və Moldovada münaqişələrin sülh yolu ilə həlli istiqamətində bu ölkələrin suverenliyi və ərazi bütövlüyünə tam hörmətlə yanaşmaqla daha çox səy göstərməliyik", - diplomat bildirib.

    Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla 40-dan çox XİN başçısı iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi