Yuxarı
    Bağlamaq

    Türkiyə XİN-i Ermənistanın Dağlıq Qarabağda keçirəcəyi qondarma "referendum"u pisləyən bəyanat yayıb

    Qeyri-qanuni gördüyümüz bu referendum və nəticələri Türkiyə tərəfindən tanınmayacaq

    Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi planlaşdırılan qondarma "referendum"la bağlı bəyanat yayıb.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, nazirliyin saytına yerləşdirilən yazılı açıqlamada dırnaqarası "referendum"un Türkiyə tərəfindən tanınmayacağını qeyd olunub.

    "Bu və oxşar hərəkətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tam həll edilməsinə yönəlmiş səylərə zərər vurur. Ölkəmiz, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulması cəhdlərini pisləyir. Qeyri-qanuni gördüyümüz bu "referendum" və "nəticələri" Türkiyə tərəfindən tanınmayacaq. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın önündəki ən böyük mane olaraq qalmaqdadır", - deyə açıqlamada bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi