Yuxarı
    Bağlamaq

    ​Türkiyə Prezident Administrasiyasının sözçüsü: "Dinc, mülki əhaliyə qarşı törədilən bu vəhşiliyi qınayırıq"

    İbrahim Kalın: Azərbaycan xalqının yanında olduğumuzu bir daha bildiririk

    Bakı. 26 fevral. REPORT.AZ/ "Bu gün Xocalı qətliamının növbəti ildönümdür. Dinc mülki əhaliyə qarşı törədilən bu vəhşiliyi qınayır, Azərbaycan xalqının yanında olduğumuzu bir daha bildiririk".

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın fevralın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

    Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə müsahibəsində Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunacağı faktını diqqətə çatdırarkən deyib: "Biz bir daha Xocalı soyqırımını lənətləyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi