Yuxarı

Dövlət başçısı İlham Əliyev: "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar"

Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var

"Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var"

Bakı. 15 yanvar. REPORT.AZ/ "Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq artır".

"Report"un verdiyi xəbərə görə, bunu Ankarada baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident deyib ki, Azərbaycan Türkiyədən çoxlu silah alır və Şuranın iclası zamanı Azərbaycanla birgə silah-sursat istehsal edilməsi ilə bağlı müzakirələr aparılıb: "Biz Türkiyənin böyük uğurlarına sevinirk. Tükiyə bu gün dünya miqyasında güc mərkəzidir və Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Birgə təlimlər bundan sonra da mütəmadi keçiriləcək".

Dövlət başçısı çıxışında prezident həmçinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi dəstəyə görə minnətdarlığını bildirib: "Türkiyə bu məsələdə ədaləti, beynəlxalq hüququ, qardaşlarını dəstəkləyir. Baxmayaraq ki, BMT kimi dünyanın ən üst təşkilatı münaqişə ilə bağlı dörd qətnamə qəbul edib, lakin onlar icra olunmur. Bu onu göstərir ki, Ermənistan sülhü istəmir, əfsuslar oslun ki, ATƏT-in Minsk qrupu da heç bir nəticə hasil edə bilmir".

Prezident qeyd edib ki, ötən il münaqişə ilə bağlı müəyyən irəliləyişlər olsa da, ermənilərin təxribat addımları, xüsusi ilə noyabr ayında işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərin keçirilməsi və Azərbaycan mövqelərinə hücum etməsi Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı: "Bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi