Yuxarı
    Bağlamaq

    Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

    “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq”

    Bakı. 26 fevral. REPORT.AZ/ Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Adanadan olan türkiyəli millət vəkili Necdət Ünüvar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

    Türkiyənin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, müraciətdə N.Ünüvar deyib ki, Azərbaycan və Türkiyə həm acı, həm də sevincli günündə dost və qardaşdır.

    “Xocalı bizim ortaq acımızdır. Fevralın 26-da biz bir yerdə yas tuturuq, kədərlənirik. 23 il öncə vəhşicəsinə öldürülən Xocalı sakinlərinə Allah rəhmət eləsin. Arzu edirəm ki, bu cür hadisə bir də təkrarlamasın”, - N.Ünüvar müraciətdə bildirib.

    Bəyanatının sonunu türkiyəli millət vəkili “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq” sözləri ilə bitirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi