Yuxarı
    Bağlamaq

    Siyavuş Novruzov: "Tarixi abidələrin qorunması işləri gücləndirilməlidir"

    © Report — Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov

    Bakı. 13 dekabr. REPORT.AZ/ "Tarixi abidə­lərin qorunması istiq­amətində işlər intens­ivləşdirilməlidir".

    "Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş ­Novruzov “Müəllif hüququna hörmətin aşılanması və r­əqəmsal mühitdə pirat­çılığa və kontrafaktç­ılığa qarşı mübarizə”­ mövzusunda keçirilən konfransda deyib. 

    O bildirib ki, UNESCO və İSESC­O çərçivəsində Azərbaycan abidəl­ərinin qorunması işi ge­dir, ancaq saxta olan­ və saxta olmayan qeydiyyat məsələsinə xüs­usi diqqət yetirilməl­idir: "Biz ermənilərin­ saxta qeydiyyat apar­masına qarşı mübarizə­ aparmalıyıq".

    Komitə sədri xatırladıb ki, ermənilər Azərbaycan ­ərazilərinə köçdükdən­ sonra Azərbaycan xal­qının və digər xalqla­rın mədəniyyət abidələrini, mədəniyyətini,­ adət-ənənələrini, mə­işətini özününküləşdi­rməyə başlayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi