Siyavuş Novruzov: “Azərbaycan məhkəmələri Xocalıda soyqırımı törədənlərlə bağlı şifahi qərarlar qəbul etməlidir”

Siyavuş Novruzov: “Azərbaycan məhkəmələri Xocalıda soyqırımı törədənlərlə bağlı şifahi qərarlar qəbul etməlidir” YAP icra katibinin müavini: “Biz gözləməməliyik ki, onlar nə zamansa tutulacaq"
Qarabağ
24 Fevral , 2017 12:52
Siyavuş Novruzov: “Azərbaycan məhkəmələri Xocalıda soyqırımı törədənlərlə bağlı şifahi qərarlar qəbul etməlidir”

Bakı. 24 fevral. REPORT.AZ/ “Azərbaycan xalqı hər zaman üzərinə gələn nizami orduyla vuruşmaq təhlükəsi ilə üzləşib. Bu, əsrlər öncədən də belə olub. Ermənilərin Azərbaycana qarşı etdikləri isə etnik təmizləmələrdir. Bunun başında Ermənistanın cinayətkar rəhbərliyi dayanır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlementin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları onların barəsində şifahi qərar çıxarmalıdır: “Biz gözləməməliyik ki, onlar nə zamansa tutulacaq. Hərbi Prokurorluqda faciəni törədənlərlə bağlı cinayət işləri başlanılıb. Məhkəmə qərar qəbul etməlidir. “İnterpol” xəttilə axtarış elan olunmalıdır. Bu ona görə edilməlidir ki, sonra bizə deməsinlər ki, niyə vaxtında tədbir görmürdünüz?"
S.Novruzov bəzi müsəlman ölkələrini Ermənistanla əməkdaşlıqda ittiham edib: “Əfsuslar olsun ki, bəzi islam ölkələri Ermənistanla əməkdaşlıq etməyə cəhd edir. Müsəlman dövləti bu cür addım ata bilməz. Milli Məclisin qəbul etdiyi qərara bunu da daxil etməliyik”.
O əlavə edib ki, Ermənistanın hazırkı cinayətkar rəhbəri Serj Sarqsyan BMT-nin sürtülmüş kürsüsündən dəfələrlə öz qəhramanlığından danışıb: “Dünya dövlətləri, beynəlxalq təşkilatlar bununla bağlı tədbir görməlidir”.

Son xəbərlər

Orphus sistemi