Yuxarı
    Bağlamaq

    ​Sinirlioğlu:"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır"

    Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

    Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn açıq şəkildə pozulması və regional təhlükəsizliyə təhdiddir". "Report" xəbər verir ki, bu barədə Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri mətbuat konfransında Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.

    "İlk növbədə Ermənistan özü Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır. Bilmirəm Yerevan bu münaqişəni nə qədər müddətdə davam etdirə biləcək. Əgər Ermənistan sabitlik və inkişafa nail olmaq istəyirsə, o zaman "münaqişənin dondurulması" mövqeyindən çıxış etməməlidir".

    Sinirlioğlu deyib ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və imkan daxilində onu stimullaşdırır.

    "Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin davam etməsi yolverilməzdir", - türkiyəli nazir status-kvonun dəyişəcəyinə əminliyini ifadə edərək deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi