Yuxarı
    Bağlamaq

    Şəhid olan hərbçilərin təltif edildiyi medallar ailə üzvlərinə təqdim edilib - FOTO

    Bu münasibətlə Qazax rayonunda təqdimetmə mərasimi keçirilib

    Qazax. 24 may. REPORT.AZ/ Bu ilin aprel ayının əvvəlində cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan hərbçilərin medalları ailə üzvlərinə təqdim edilib. "Report"un məlumatına görə, bu münasibətlə Qazax rayonunda təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Müdafiə Nazirliyinin (MN), Qazax Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, rayon icitamiyyəti və şəhidlərin ailə üzvləri iştirak edib.
    Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçiləri -  rayonun Yuxarı Salahlı kənd sakini 26 yaşlı gizir Elvin Namazovun təltif edildiyi "Vətən uğrunda" medalı şəhidin anasına, Fərəhli kənd sakini 32 yaşlı kapitan Mühid Orucovun təltif edildiyi "İgidliyə görə" medalı şəhidin əkiz övladlarına, 20 yaşlı əsgər Orxan Əliyevin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin qardaşına təqdim edilib.
    Mərasimdə bildirilib ki, aprel ayında cəbhə xəttində erməni təxribatları nəticəsində Qazax rayonu 3 şəhid verib: "Şəhidlər son damla qanına qədər döyüşüb, ermənilərin  canlı qüvvəsini və texnikalarını məhv ediblər". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi