Yuxarı
    Bağlamaq

    Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb - FOTO - VİDEO - YENİLƏNİB

    Şəhidin yas mərasimi rayon mərkəzində keçirilib

    **** ilk xəbər saat 12:17-də yayımlanıb

    Qusar. 6 fevral. REPORT.AZ/ 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun nəşi bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimdən sonra dəfn edilmək üçün Qusar rayonuna yola salınıb.

    "Report"un Şimal bürosunun məlumatına görə, şəhid Ç.Qurbanovun yas mərasimi rayon mərkəzində keçirilib.

    Şəhid saat 14:20-də rayondakı Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində millət vəkilləri, yüksək rütbəli hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak ediblər.

    Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

    Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi