Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb - FOTO - VİDEO - YENİLƏNİB

Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb - FOTO - VİDEO - YENİLƏNİB Şəhidin yas mərasimi rayon mərkəzində keçirilib
Qarabağ
6 Fevral , 2017 14:21
Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb - FOTO - VİDEO - YENİLƏNİB

**** ilk xəbər saat 12:17-də yayımlanıb

Qusar. 6 fevral. REPORT.AZ/ 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun nəşi bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimdən sonra dəfn edilmək üçün Qusar rayonuna yola salınıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhid Ç.Qurbanovun yas mərasimi rayon mərkəzində keçirilib.

Şəhid saat 14:20-də rayondakı Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində millət vəkilləri, yüksək rütbəli hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi