Yuxarı

Səfir: "Ermənilər dinc sakinləri atəşə tutmaqla beynəlxalq hüquq və normaları pozur"

Ermənilərin bu vandallığı beynəlxalq aləmdə qəbulolunmaz faktdır

Ağdam. 6 may. REPORT.AZ/ "Əfqanıstan Azərbaycanın beynəlxalq təşkilatlarda əsas tərəfdaşlarından və dəstəkçilərindən biridir". Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili bildirib.

Səfir vurğulayıb ki, Əfqanıstan hər zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına narazılığını ifadə edib: "Bundan sonra da Əfqanıstan Azərbaycanı və onun xalqını dəstəkləyəcək. Cəbhədə gördüklərim çox təsirlidir və burada insanların hüquqları pozulur. Dinc əhali ermənilərin atəşinə məruz qalır. Ermənilərin bu vandallığı beynəlxalq aləmdə qəbulolunmaz faktdır. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaq və cəbhəboyu yaşayış məntəqələrini atəşə tutmaqla beynəlxalq hüquq və normaları pozur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi